Apple Music yeni loqosunu səs dalğalarından yaradıb
Apple Music yeni vizual identikasını təqdim edib. Loqonu TBWA\Media Arts Lab agentliyi prodüser Fred again.. və Nest Acoustics ilə birlikdə hazırlayıb. Əsas ideya təsviri musiqinin özündən almaqdır. Fred again.. ilə yazılmış melodiya transduser vasitəsilə, yəni səs siqnalını fiziki titrəyişə çevirən qurğu ilə mineral yağ doldurulmuş dayaz hovuza ötürülüb. Yağın səthində yaranan dalğalar, ləpələr və işıq sınmaları lentə alınıb, son işarə bu kadrlardan qurulub. Agentliyin sözlərinə görə, nəticə musiqinin fiziki izidir. Mərkəzdə Apple simvolu qalıb. Yazı Apple-ın SF Pro şriftinin xüsusi versiyası ilə, qalın kiçik hərflərlə yığılıb. Şrift üzrə məsləhət və loqonun vektor rekonstruksiyası Plau studiyasınındır, videonu Optical Arts çəkib, rejissor Joe Jackson. Yeni yazı ilk dəfə ötən ay Londonda, Battersea Power Station-dakı Apple Music Hall məkanının reklamında göründü. İndi o, Apple Music-in orijinal kontentində və tədbirlərində istifadə olunacaq. Mənbə: Creative Review Bu barədə həmçinin yazıb: Dezeen, Creative Boom, Wallpaper*, PAGE, Design Week



