Death Stranding Isolations animesinin ilk treyleri təqdim olunub
Kojima Productions Death Stranding oyununun kainatında qurulan Death Stranding Isolations anime serialının ilk treylerini təqdim edib. Serial 2027-ci ildə yalnız Disney+ platformasında yayımlanacaq. Layihə orijinal hekayəyə və yeni personajlara əsaslanır. Serialın şüarı "My mom became a crater" cümləsidir. Hekayə fəlakətli partlayışlar nəticəsində dağılmış dünyada təcrid içində yaşayan gənc qızdan bəhs edir. Əvvəlcə bu tənhalıq ona məcburi şəkildə qəbul etdirilib, lakin sonradan qız təklikdən xoşlanmağa və insanlarla real ünsiyyət imkanlarından qaçmağa başlayıb. Serialın rejissoru Takayuki Sano, seriyaların quruluşu və ssenarisinin müəllifi Tow Ubukata-dır. Əllə çəkilən animasiyanı Yaponiyanın E&H Production studiyası hazırlayır. Studiya Ninja Kamui, Bullet/Bullet və Magic Knight Rayearth TV serialı ilə tanınır. Kojima Productions hazırda iki iri layihə üzərində də işləyir: OD və PHYSINT. OD 2023-cü ildə elan olunmuş kinematik qorxu oyunudur, əsas rollarda Sophia Lillis və Hunter Schafer çəkilir. PHYSINT isə Sony əməkdaşlığı dayandırdıqdan sonra Xbox ilə birgə hazırlanır. Oyunun baş rolunu Bill Skarsgård oynayır, heyətdə həmçinin Charlee Fraser, Don Lee və Minami Hamabe var. Mənbə: 80 Level Bu barədə həmçinin yazıb: 3DNews
