Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) 2000-ci ildə yaradılmış dövlət ali təhsil müəssisəsidir. Akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə kadr hazırlanır: rəngkarlıq, heykəltəraşlıq, qrafika, dizayn (qrafik, sənaye, interyer), geyim dizaynı, memarlıq, dekorativ-tətbiqi sənət və sənətşünaslıq. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil yalnız əyanidir, bakalavriat 4-5 il, magistratura 2 il davam edir.