Vizual kommunikasiyalar, brendinq, editorial design və rəqəmsal məhsulların yaradılması sahəsində 20 ildən artıq təcrübəyə malik rəhbər və ekspert. Brendləri sıfırdan yaradır, ilkin konsepsiya və loqotipdən başlayaraq, korporativ üslub, vizual strategiya və brendin uzunmüddətli həyat dövrünü layihələndirirəm.
FinTech məhsulları üçün rəqəmsal interfeyslərin (UI/UX) layihələndirilməsi, genişmiqyaslı dizayn sistemlərinin qurulması və dizayn komandaların idarə edilməsi. Biznes hədəflərinin müasir və funksional vizual dillərə çevrilməsi sahəsində güclü təcrübəyə malikəm.
AFFA, Ateshgah Sigorta, Azercell, Azersun, ATB, AIC, Bakcell, BP, Baku Expo, BAT, Bank of Azerbaijan, Bank of Respublika, Bank Standard, BP, Buta Palace, Chirag Plaza, European Commission, CNIM, ExpressBank, Enterprise Center, HP, IBAR, Icheri Sheher, McDonald's, Milla, Microsoft, PepsiCo, Samsung yerli və beynəlxalq brendləri ilə əmakdaşlıq edib.