HaqqındaBazarstore-un “Möhtəşəm 5 gün” endirim kampaniyası üçün CGI video. Animoore Studio kampaniyanın vizual konseptindən çıxış edərək real çəkilişə kompüter qrafikası əlavə edib, kadrlarda Bakı bulvarı üzərində kampaniya tarixləri yazılmış dirijabllar uçur. Layihədə video çəkiliş və VFX studiyaya aiddir. Video şaquli formatdadır, uzunluğu 16 saniyədir.