HaqqındaBakıda keçirilən Maruti Suzuki Dealer Conference 2025 üçün stendlər və məkandaxili naviqasiya sistemi istehsal olunub. Stendlər brendin təqdimatını ön plana çıxarır, naviqasiya həlləri qonaqların məkanda rahat hərəkət etməsi üçün nəzərdə tutulub. Qalereyada konfransın «Future Ready» mövzusunda tərtib olunmuş giriş portalı, bannerlər, aksesuar və avtomobil baxımı məhsulları üçün nümayiş stendləri, Digital Library divarı və konfrans zalı göstərilib.