HaqqındaGala Shopping Mall Village şəhərdən kənarda, Qala qəsəbəsində fəaliyyət göstərən ticarət və istirahət məkanıdır. Layihə ərazinin landşaft həlləri, yeni ictimai məkanlar və açıq havada xidmət elementləri ilə yenilənməsinə yönəlib. Konsepsiyada sıx yaşıllıq, piyadalar üçün rahat zonalar və oturacaq yerləri nəzərdə tutulub, yemək köşkləri və müxtəlif iaşə nöqtələri ərazini canlandırır. Layihənin memarı Mansour Bookani-dir, vizualizasiyalar 2025-ci ilin sentyabrında şirkətin saytında dərc olunub.