Haqqında2016-cı ildə Ookla SpeedTest xidməti Bakcell Sür@ mobil internetini Azərbaycanın ən sürətli mobil interneti kimi qiymətləndirib. Bu faktı yaddaqalan şəkildə çatdırmaq üçün McCann Baku «The Impatient Ones» konsepsiyasını hazırlayıb: yüksək sürətə öyrəşmiş Sür@ istifadəçiləri artıq heç nəyi gözləmək istəmirlər. Konsepsiya əsasında üç televiziya çarxı çəkilib, onlardan biri imic filmidir, digər ikisi «Mənim saatım» xidmətinə və YouTube paketlərinə həsr olunub. Kampaniyanın açıq hava reklamı «Sizi gözlətməyən internet» şüarı ilə hazırlanıb. Çarxlar 2017-ci ilin iyununda təqdim olunub.