HaqqındaMcDonald's Azərbaycanın ölkədə 25 illiyinə həsr olunmuş televiziya reklam çarxı. Çarx ad günü, futbol qələbəsi, uşaqlıq oyunları və ailə məclisi kimi xatirə səhnələrindən qurulub, ailə süfrəsində 25 rəqəmli tort səhnəsi də var. Brend çarxı 6 noyabr 2024-cü ildə “McDonald's 25 yaşında” başlığı ilə yayımlayıb və bu illər ərzində paylaşılan xatirələr üçün müştərilərə təşəkkür edib. Kreativ agentlik DDB, prodakşn Time Studio-dur, rejissor və kolorist Zaur Mammadvaliyev, operator Javid Orujlu, art-direktor Rufat Rajab, VFX Ruslan Karimov və Hafiz Ismail-dir. Çarxın uzunluğu 49 saniyədir.