HaqqındaAğıllı Nağıllar ABB ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində bankın brend kommunikasiyasının yenilənməsi üçün «ABB Bizik» manifest filmini hazırlayıb. Brend bütün ölkədə insanların həyatına toxunduğu üçün hekayənin mərkəzinə insanlar qoyulub, filmdə müxtəlif guşələrdən olan simalar və səslər yer alır. Film bankın müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını bir ad altında birləşdirən «ABB Bizik» ideyasını çatdırır. 1 dəqiqə 32 saniyəlik imic filmi 2024-cü ilin iyununda ABB-nin YouTube kanalında təqdim olunub.