HaqqındaElm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası üçün loqo, korporativ üslub və rəsmi maskotlar hazırlanıb. Üçrəngli loqoda mükafat kuboku, Olimpiya halqaları və Azərbaycan bayrağı mövzuları birləşir. Şəkillərdə loqo və tədbirin adı, 2026 yazılı sarğı taxmış iki maskot (alov saçlı oğlan və ulduzlu çubuq tutan qız), şüarlı bayraqlar və roll-uplar, futbolka, brendbukun səhifələri və idman formasının təqdimatı göstərilir.