HaqqındaIVA BEAT Group-un Bakıdakı restoranıdır. Restoranın dizaynını Barselonadakı Belenko studiyası hazırlayıb, ZHAR BURO layihəni Bakıda həyata keçirib. Zalın tavanı qat-qat ağ büzməli parça ilə örtülüb, divar boyunca tağlı güzgülər düzülüb. İnteryerdə yaşıl məxmər divan, qəhvəyi dəri stullar, mərmər üstlü dəyirmi masalar, keramika qablı tünd rəflər, yaşıl kafelli bar və açıq mətbəx var.