HaqqındaZEN Bakıda asiya mətbəxi təqdim edən restorandır, KOKON onun üçün brend kimliyi və qablaşdırma hazırlayıb. Loqoda ZEN sözü paralel xətlərdən qurulub, nişan kraft kağız üzərində, terrakota rəngli kağız çantalarda və loqodan yığılan bükmə kağızı naxışında tətbiq olunub. Brend fotolarında yeməklər və qablar qum, daş və quru budaqlar fonunda çəkilib.