Haqqında**High Park Residence – Premium Yaşayış Layihəsinin Kataloq Dizaynı**
High Park Residence premium villa layihəsi üçün hazırlanmış korporativ kataloq dizaynı. Layihənin əsas məqsədi yaşayış kompleksinin memarlıq üslubunu, müasir dizaynını və premium xarakterini vizual şəkildə əks etdirmək idi.
Kataloqun hazırlanması zamanı vizual kompozisiyaya, tipoqrafiyaya, rəng harmoniyasına və məlumatların təqdimatına xüsusi diqqət yetirilmişdir. Minimalist və zövqlü dizayn yanaşması ilə layihənin eksklüziv atmosferini və brend dəyərini ön plana çıxarmağa çalışmışam.