2010-cu ildən memarlıq, mühəndislik, interyer və landşaft dizaynı, eləcə də tikinti xidmətləri göstərir. Yaşayış və kommersiya obyektləri üzərində işləyir, Sea Breeze kompleksindəki layihələrdə iştirak edir. Cəbrayıl rayonunun Horovlu kəndinin bərpası layihəsi 2025-ci il üzrə «Təməl» mükafatını alıb.