HaqqındaLayihə Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonunun Horovlu kəndinin inkişafı və planlaşdırılmasını əhatə edir. Layihə sahəsi 248,07 hektar, ümumi sahə 136 081,9 m², əhali 3470 nəfər, əhali sıxlığı hektara 15 nəfərdir. Kənd üçün inzibati bina və polis məntəqəsi, kənd məscidi və çoxfunksiyalı bina layihələndirilib. Binaların eksteryerində etnik tağların sadələşdirilmiş variantları, taxta elementli eyvanlar və iki yamaclı dam üstünlük təşkil edir, yerli materiallar uzunömürlülük və milli üslubun qorunması üçün seçilib. Layihə kənd həyatını müasir standartlara uyğunlaşdırmaq və gələcək inkişaf üçün əsas yaratmaq məqsədi daşıyır.