HaqqındaBakcell-in Formula 1 Azərbaycan Qran-prisi ilə tərəfdaşlığını elan edən reklam çarxı. Məqsəd brendin sürət, texnologiya və innovasiya ideyasını dinamik vizuallarla göstərmək idi. 41 saniyəlik filmdə real çəkiliş, qrafik elementlər və süni intellektlə yaradılmış vizuallar birləşdirilib, F1 atmosferinə uyğun sürətli montaj, xüsusi səs effektləri və cəld kamera keçidləri istifadə olunub. Ön hazırlıqdan post-prodakşna qədər bütün mərhələləri Bakı Media Mərkəzi həyata keçirib, çarx 2024-cü ilin sentyabrında yayımlanıb.