Haqqında“Qarabağ” futbol klubunun tarixindən və 30 mövsümlük yolundan bəhs edən üç bölümlük “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filmi. Film Bakı Media Mərkəzi, “Salnaməfilm” studiyası və İctimai Televiziyanın birgə istehsalıdır və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb. “Son oyun”, “İkinci nəfəs” və “Ədalət” bölümlərində klubun yerli çempionatda və avrokuboklardakı uğurları, Ağdamın işğalından sonra “İmarət” stadionunun taleyi və keçmiş futbolçuların xatirələri arxiv kadrları, müsahibələr və oyun günü çəkilişləri ilə danışılır. Filmdə xarici jurnalistlərin və futbolçuların fikirləri də yer alıb. Baş prodüser Arzu Əliyeva, quruluşçu rejissor Fuad Quliyev, quruluşçu operator Mateuş Çuxnovskidir, bölümlər 2025-ci ilin oktyabr və noyabr aylarında yayımlanıb.