HaqqındaSafaroff 2025-ci ildən əməkdaşlıq etdiyi Qala Sığorta şirkəti üçün bütün sığorta xidmətlərini bir yerdə birləşdirən mobil tətbiq hazırlayıb. Layihəyə UX və UI dizayn, qrafik dizayn və tətbiqin proqramlaşdırılması daxildir, tətbiq App Store və Play Store-da yayımlanıb. Əsas menyuda müqavilələr, ödənişlər və məhsullar bölmələri, mərkəzdə isə SOS düyməsi yerləşir. İstifadəçi nəqliyyat, əmlak, tibbi və səyahət hadisəsi barədə bir kliklə məlumat verə, müraciət formasını doldura və ya zəng edə bilir.