HaqqındaCrescent Mall Bakının mərkəzində yerləşən ticarət və əyləncə mərkəzidir, Safaroff onun vebsaytı üçün UX və UI dizayn, proqramlaşdırma, 2D animasiyalar və qrafik dizayn hazırlayıb, texniki dəstək göstərir. Platformada mağazalar, brendlər, restoranlar və əyləncə imkanları Shop, Dine, Entertainment, Health və Beauty kateqoriyaları üzrə sistemləşdirilib. Mağaza və xidmət kartları sadələşdirilib, hər məkan üzrə əsas məlumat aydın və oxunaqlı formada verilir. Saytda ticarət mərkəzinin mərtəbə xəritəsi, parkinq, elektromobil şarjı, bankomat və namaz otağı kimi xidmətlər bölməsi, xəritəli əlaqə səhifəsi var.