HaqqındaBRABUS Island Baku Xəzər sahilində, Sea Breeze kurort şəhərində inşa olunan yaşayış layihəsidir. Trenders layihənin rəsmi təqdimat gecəsinin təşkili və PR işini, sosial media idarəçiliyini, influencer marketinqi və foto-video çəkilişlərini aparıb. Agentlik layihənin vebsaytını hazırlayıb, saytda marina çıxışları, mənzil planları və rezidensiyaların interyer elementləri təqdim olunur. Broşür, factsheet və qələm kimi çap materialları və aksesuarlar qara fonda, BRABUS üslubunda hazırlanıb. Təqdimat səhnəsində SİG, Reportage Properties və Sea Breeze loqoları görünür.