HaqqındaSabah Towers dəniz kənarında, şəhər həyatından ayrılmadan kurort həyatı təklif edən yaşayış kompleksidir. Trenders layihənin vizual kimliyini sıfırdan hazırlayıb: üç dalğa xəttindən ibarət nişan, tünd firuzəyi rəng və SABAH TOWERS yazısı lövhədə, paketdə, vizit kartlarında və açar asqısında tətbiq olunub. Agentlik layihənin vebsaytını da qurub, saytda sahilboyu ərazi və kompleksin daxili infrastrukturu təqdim olunur. Sosial mediada layihənin «Longevity Wellness» konsepti əsas mövzu seçilib, hədəfli reklam kampaniyaları da Trenders tərəfindən aparılıb.