HaqqındaAHA Azərbaycanda istehsal olunan və satılan premium idman geyimi brendidir. Üç əsas seqmenti var: qadın idman geyimi, kişi idman geyimi və təsəttür (hijab-friendly) idman geyimi.
Tapşırıq brendi sıfırdan qurmaq idi: ad və mövqeləndirmə, loqo, vizual sistem və satış kanalları (Instagram, TikTok, marketplace-lər) üçün vahid görünüş.
Mən loqo konseptlərini işlədim (ulduz/qığılcım ikonu, abstrakt idmançı fiquru, kiçik və böyük hərfli wordmark-lar, dağ zirvəsi formalı monoqram), sonra rəng və şrift sistemini, etiket dizaynını, qablaşdırmanı və sosial media şablonlarını hazırladım.