HaqqındaWA, “warp void” ideyasından yaranmış brutalist geyim brendi konseptidir. Warp void burada reallığın əyildiyi, formaların və qaydaların itdiyi boşluq kimi düşünülüb. Brendin şüarı da buradan gəlir: “Warping the reality you see.”
Loqo olaraq WA monoqramı hazırladım. Kəskin, ağır və sadələşdirilmiş formalar brutalist estetikanı daşıyır, eyni zamanda hərflər sanki əyilmiş məkanın içindən keçir. Brendin dili kobud, səssiz və qətidir; bəzəksiz, amma yaddaqalan.
Konsepti geyim və dəftər mockup-ları ilə göstərdim. Dəftərin ikinci səhifəsində dopamin və boşluq (void) mövzusunda məqalə yer alır.