HaqqındaBakının simvollarından olan Flame Towers üçün mövcud brend kimliyi yenilənib və geniş brendbuk hazırlanıb. Tanınmış loqo saxlanılıb, onun ətrafında isti neytral, tünd qəhvəyi və qızılı tonlardan ibarət rəng palitrası, tipoqrafiya və köməkçi elementlər işlənib. Kimlik vizit kartlarına, blanklara, e-poçt imzalarına, qovluqlara, əməkdaş vəsiqələrinə, eləcə də hədiyyə qutularına, xalatlara, su butulkalarına və qonaqlar üçün dəstlərə tətbiq olunub. Binada naviqasiya lövhələri və ikonlar, kommunikasiya üçün broşür, təqdimat və məzmun şablonları, həmçinin fotoşəkillər üzrə qaydalar hazırlanıb.