HaqqındaÇin avtomobil sənayesinin qlobal oyunçularından olan GAC Motor 2024-cü ilin iyulunda Azərbaycan bazarına daxil olub, brendin kommunikasiyası ilk gündən Wemark-a həvalə edilib. Bazar, istehlakçı davranışı və rəqiblərin kommunikasiyası təhlil edilib, bunun əsasında illik marketinq və kommunikasiya strategiyası, ünsiyyət tonu və vizual istiqamət müəyyənləşdirilib. Məhsul və imic videoları, qısa formatlı videolar və motion qrafika hazırlanıb, ssenari və kopiraytinq də Wemark-a məxsusdur, qlobal brend qaydaları isə sosial şəbəkə, sayt və açıq hava reklamı dizaynında yerli bazara uyğunlaşdırılıb. Brendin açılışı, yeni modellərin təqdimatları və sosial yönümlü tədbirlər konsepsiyadan icraya qədər həyata keçirilib, avtomobil və lifestyle influenserləri ilə əməkdaşlıq aparılıb. Kommunikasiya televiziya, radio, açıq hava reklamı və SMS kampaniyaları ilə tamamlanıb.