HaqqındaPASHA Real Estate-in təşkil etdiyi Leadershift Summit 2026 liderliyi yenidən düşünmək, daxili baxışı uzlaşdırmaq və gələcək istiqaməti müəyyənləşdirmək üçün keçirilən strateji tədbirdir. Wemark tədbir üçün loqo, açar vizual və kiçik brendbukdan ibarət tam kimlik hazırlayıb. Loqo hərəkət, transformasiya və davamlı inkişaf ideyalarına əsaslanır, mərkəzdəki ilmək forması liderlik yolunun davamlılığını simvolizə edir. Sistem iştirakçı bəclərinə, bloknotlara, dəvətnamələrə, tədbir proqramlarına və rəqəmsal materiallara tətbiq olunub, eyni vizual dil promo videoda da davam etdirilib. Promo video 2026-cı ilin aprelində təqdim olunub.